Cümə axşamı, 03 Yanvar 2019 18:33

İranlı gənc siqareti tərk etməyi təmin edən cihaz hazırladı

İranlı gənc siqareti tərk etməyi təmin edən cihaz hazırladı

İranlı gənc ixtiraçı Salar Xürrəmi siqareti çox rahat bir şəkildə 100% tərk etməyi təmin edən bir cihaz icad edib.

“İSNA”   xəbər verir ki, iranlı ixtiraçı Xürrəmi yeni kəşfinin insanların davranış formalarında çox böyük dəyişikliklərə yol açdığını bildirib.

 Xürrəmi bilərzik kimi, qola taxılan yeni cihazının dünyada rəqibinin olmadığını və bu səbəbdən başda Amerika olmaqla xarici ölkələrin bu icadla maraqlandıqlarını və onlara satılmasını istəyirlər. Xürrəmi isə bu kəşfini İran adından qeydiyyatdan keçirməyi istədiyini və buna görə, hətta ABŞ-ın yaşıl kart təklifini də rədd etdiyini vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə