Çərşənbə, 02 Yanvar 2019 11:42

İranlı həkimlər təvəllüddən sonrakı müalicələrdən daha geniş fəaliyyətə malikdirlər

İranlı həkimlər təvəllüddən sonrakı müalicələrdən daha geniş fəaliyyətə malikdirlər

Ötən 40 ildə beş yaşından aşağı iranlı uşaqların ölüm halı hər min uşaqda 175 nəfər idi ki, hazırda bu rəqəm 14-dən aşağı saya enibdir.

Ötən 40 ildə beş yaşından aşağı iranlı uşaqların ölüm halı hər min uşaqda 175 nəfər idi ki, hazırda bu rəqəm 14-dən aşağı saya enibdir.

Günəş tarixi ilə qırxıncı və əllinci onilliklərdə bir çox ana öz uşağının böyüməsini görmür və öz əziz körpəsini beşikdən qəbirə tapşırmağa məcbur olurdu.

Müsahibə:

O zamanlar həkim yox idi və yollar da əməlli-başlı deyildi. Uşaqlar xəstələnən kimi ölürdülər.

Dörd nəfər idik; üç qardaş və bir bacı. Qardaşlarımdan ikisi uşaq yaşlarında xəstələnərək, öldü.

İnqilabın qələbəsinin elə ilk illərində ölkə vaksinasiyalarının başlanması ilə bir çox ümumi xəstəliklərin kökü kəsildi. 60-cı onillikdə ölkədə uşaqlar üçün ixtisaslaşdırılmış xəstəxanalar işə salındı ki, akuşerkalar vasitəsilə həyata keçirilən doğuşlar xəstəxanalarda və həkim və şəfqət işçilərinin nəzarəti altında olmuş olsun. 60-cı onilliyin ortalarında Yəzd Sonsuzluq Mərkəzi mütəxəssislərinin təşəbbüsü ilə ana bətninin uşaqlıq hissəsindən kənar hamiləqalma üsulu ilə ilk iranlı körpə dünyaya gəldi. Çox çəkmədi ki, mamalıqdan tutmuş uşaqlar üzrə müxtəlif ixtisaslaradək müxtəlif ixtisaslar ölkə universitetlərinə yol tapdı.

Hazırda ölkəmizin daxilində biz uşaqlar üzrə bütün yüksək ixtisaslara və digər ixtisaslara malikik və xoşbəxtlikdən, bəlkə də əvvəllər müalicə və məsləhət üçün xaricə getməli olan xəstələrin bu gün xaricə getmələrinə ehtiyac yoxdur.

İranlı həkimlər təvəllüddən sonrakı müalicələrdən daha geniş fəaliyyətə malikdirlər və ana və uşaq genetika xidmətləri mərkəz və komplekslərinin işə salınması ilə bir çox xəstəliklər və pozuntuların baş verməsinin qarşısı alınıbdır.

Bir şəxs bir sıra xas analizlərlə öz genetik sağlamlığı ilə tanış və sonrakı nəsildə xəstəliklərin baş verməsi ehtimalından xəbərdar ola, həmçinin cəmiyyətə sağlam övlad təhvil vermək üçün bu mərkəzlərdə məşvərət ala bilər.

Körpələr arasında ölüm hallarının azalması səhiyyə və ictimai rifahın mühüm göstəricilərindən sayılır. Bu 40 ildə göstərilmiş səylərlə hazırda İranda körpələr arasında ölüm halları beynəlxalq standartlardan belə aşağıdır.

Şərh yaz


Məxfi kod
Yenilə