Bazar ertəsi, 31 Dekabr 2018 09:58

İran çötkə ilə zehni hesablama üzrə beynəlxalq müsabiqədə çempion olub

İran çötkə ilə zehni hesablama üzrə beynəlxalq müsabiqədə çempion olub

İran komandası Malayziyada keçirilən çötkə ilə zehni hesablama üzrə 18-ci beynəlxalq müsabiqədə birinci olub.

İran komandası bu yarışlarda 35 uşaq və yeniyetmə ilə iştirak edibdir ki, onlardan 29 nəfəri "çempion", iki nəfəri "superçempion", dörd nəfəri isə "birinci seçim" bölmələrində yarışların birincisi olubdur.

Bu yarışlarda 24 ölkədən 765 uşaq və yeniyetmə iştirak edib. İran komandası beş yaş qrupunda yarışıbdır.

İran çötkə ilə zehni hesablama üzrə beynəlxalq cəmiyyətin-PAMA-nın üzvüdür.

2016-cı ildə bu yarışlarda nəzarətçi qismində fəaliyyət göstərən İran ondan sonra PAMA-nın iki beynəlxalq yarışında iştirak edibdir.

Çötkə ilə zehni hesablamanın inkişaf etdirilməsi və onun işlədilməsi elmi metodlardan biri kimi təlim keçənlərin öz adi həyat fəaliyyətlərində daha yaxşı zehni çalışqanlığa malik olmalarına səbəb olur.

Şərh yaz


Məxfi kod
Yenilə