Çərşənbə, 12 Dekabr 2018 20:53

İranlı alim Ümumdünya Elmlər Akademiyasının laureatı olub

İranlı alim Ümumdünya Elmlər Akademiyasının laureatı olub

Əsas hüceyrələr üzrə iranlı tədqiqatçı Hoseyn Bəharvənd biologiya üzrə Ümumdünya Elmlər Akademiyasının 2019-ci il laureatı olub.

Ümumdünya Elmlər Akademiyasının İtaliyanın Trist şəhərində keçirilən 14-cü ümumi və bu akademiyanın Baş Assambleyasının 28-ci iclasında iranlı alim doktor Hoseyn Bəharvənd əsas hüceyrələr sahəsindəki təsirli roluna görə, bu mükafata layiq görülüb.

Hoseyn Bəharvəndin iftixarlarından biri, 2014-cü ildə UNESCO-nun beynəlxalq mükafatının laueratı olmasıdır.

Həmçinin bu iranlı alim 2017-ci ildə mötəbər "The Niche" saytı tərəfindən dünya səviyyəsində əsas hüceyrələr sahəsindəki 20 təsirli şəxsdən biri kimi təqdim olunubdur.

Ümumdünya Elmlər Akademiyasının 2019-ci il mükafatı gələn il bu akademiyanın ümumi toplantısı zamanı keçiriləcək mərasimdə Hoseyn Bəharvəndə təqdim olunacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə