Bazar, 09 Dekabr 2018 15:06

İranın qısametrajlı filmi Fransa kino festivalında uğur qazanıb

İranın qısametrajlı filmi Fransa kino festivalında uğur qazanıb

İranın "Taği" filmi Fransada keçirilən qısametrajlı film festivalında birinci mükafatı qazanıb.

Bundan öncə Finlandiyada keçirilən "Tampere" festivalının fəxri diplomu və Fransada keçirilən "Geşə nişanələri" festivalının birinci mükafatını əldə etmiş "Taği" filmi öz beynəlxalq iştirakının davamında Fransada keçirilən qısametrajlı film festivalında birinci mükafatı qazamağa müvəffəq olubdur.

Bu film həmçinin İtaliyada keçirilmiş "Monti Katini", İspaniyada təşkil olunmuş "Almeriya", Almaniyada keçirilmiş "Eksqrand" film festivallarında, eləcə də Tehranda təşkil edilmiş qısametrajlı film festivalında nümayiş etdirilmişdi.

Qısametrajlı "Taği" filmi qayıqsürən bir qadının həyatından bəhs edir. Bu qadın kiçik bazarın arxasında yerləşən çayda və nohurda sərnişin daşımaqla məşğuldur.

Şərh yaz


Məxfi kod
Yenilə