Cümə axşamı, 22 Noyabr 2018 10:52

Nuhun(ə) gəmisinin İranda aşkar edilməsi iddia olunub

Nuhun(ə) gəmisinin İranda aşkar edilməsi iddia olunub

Bir qrup tədqiqatçı İranın şimal qərbində yerləşən Təxti-Süleyman dağında artıq daşlaşmış ağac tikələri üzərində araşdırmalar apararaq bu ağacların Həzrət Nuhun(ə) gəmisinə aid olduğunu bildiriblər.

" Arxeologiya, və müqəddəs kitabın  araşdırılması müəssisəsi"-nin tədqiqatçıları iddia ediblər ki, Həzrət Nuhun(ə) gəmisinin Təxti-Süleyman dağının başında olmasına dəlalət edən güclü faktlar mövcuddur. 

Bu araşdırmaçılar bildiriblər ki, 4500 metrlik hündürlükdə daşlaşmış ağac parçaları aşkar ediblər və araşdırmalardan sonra bu ağac parçalarında əslində dənizin üzərində yaşayan su canlılarının təsirləri barədə faktlar kəşf edilib. 

Bu mövzu elə bir şəraitdə ortaya atılıb ki, indiyədək Azərbaycan Respublikası, Türkiyə və İranda Həzrət Nuhun(ə) gəmisinin yerinin müəyyənləşdirilməsi barədə çoxlu iddialar səsləndirilmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə