Çərşənbə, 14 Noyabr 2018 12:40

İran xalçalarının 80 faizi ixrac edilir

İran xalçalarının 80 faizi ixrac edilir

İranın Ümid Sahibkarlıq Fondunun rəyasət heyətinin sədri deyib: Hər il İranda 400 ton xalça toxunur və bu miqdarın 80 faizindən çoxu müxtəlif ölkələrə ixrac edilir.

İRNA-nın verdiyi məlumata görə, Əli Rəbii dünən İranın Cənubunda Çabaharda xalça toxuma üzrə təlim emalatxanası və xalça sənayesi toplantısında etdiyi çıxışında deyib: İran xalçası yaxşı mövqeyə malidir və cəmiyyətin müxtəlif kütlələri bu sənətlə məşğuldurlar. 

Rəbii deyib: İran xalçası İran mədəniyyətini dünyaya tanıtdıra bilər. 

İki günlük ran xalçası konfransı İranın cənubunda Çabahar azad ticarət zonasında keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə