Çərşənbə, 10 Oktyabr 2018 21:19

Madrid Universitetində İbn Sinanın büstünün açılışı olub

Madrid Universitetində İbn Sinanın büstünün açılışı olub

İspaniyanın paytaxtı Madriddə, Autonomus Universitetində məşhur iranlı alim Əbu Əli Sinanın büstünün açılışı olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İbn Sinanın büstünün açılış mərasiminin ardınca dünya şöhrətli alimin xatirəsinə həsr olunmuş seminar keçirilib. Madridin Autonomus Universitetində keçirilən bu seminarda ispan alimlər və mütəfəkkirlər iştirak ediblər. İran İslam Respublikasının Madriddəki səfirliyinin müvəqqəti işlər vəkili Əbülfəzl Kaşani də bu mərasimdə iştirak və çıxış edib. 

İranlı diplomat İbni Sinanın öz dövrünün görkəmli alimi, filosofu, riyaziyyatçısı, kimyaçısı, astronomu, musiqişünası, şairi, arifi, fəqihi və siyasətçisi olduğunu deyib. 

Kaşani daha sonra deyib: İbn Sina Qərb və Şərq alimlərinin elmlərini mənimsəyərək, öz biliyi və təcrübəsini bir dünya irsi olaraq bəşəriyyətə təqdim edib. 

İbn Sina tibb və fəlsəfə sahəsi başda olmaqla bir çox sahəyə aid 450 kitabın müəllifidir. 

Corc Sarton "Tarix və Elm" adlı kitabında İbn Sinanı dünya tibbinin ən böyük alimlərindən biri kimi təqdim edib.

Həmçinin, Tensi Universitetinin Fəlsəfə Ensiklopediyasında İbn Sİna müasir dövrdən öncəki dövrün ən təsirli filosofu olaraq təqdim olunub. . 

Şərh yaz


Məxfi kod
Yenilə