Şənbə, 06 Oktyabr 2018 15:57

Antaliya film festivalının ən yaxşı mükafatı İrana verildi

Antaliya film festivalının ən yaxşı mükafatı İrana verildi

Türkiyənin Beynəlxalq Antaliya film festivalının ən yaxşı film mükafatı iranlı rejissor Cəfər Pənahinin "üç üz" filminə təqdim olunub.

İRNA-nın verdiyi məlumata görə, 55-ci Antaliya film festivalının mükafatların təqdim olunması mərasimi dünən gecə Antaliya meri tərəfindən keçirilib və Cəfər Pənahi festivalın ən yüksək mükafatına layiq görülüb. 

Antaliya film festivalında müsabiqə hissəsində 10 film iştirak edirdi. Bunlardan ikisi Türkiyə qalanı xarici filmlər idi. 

Antaliya film festivalı dünyada ən qədim film festivallarından biri olaraq hər il Antaliya meriyası tərəfindən keçirilir. 

Şərh yaz


Məxfi kod
Yenilə