Şənbə, 29 Sentyabr 2018 17:36

Tehranda "Beynin reaksiyasının öyrənilməsi" adlı beynəlxalq konfrans keçirilir

Tehranda "Beynin reaksiyasının öyrənilməsi" adlı beynəlxalq konfrans keçirilir

İranlı və xarici mütəxəssislərin iştirakı ilə "Beynin reaksiyasının öyrənilməsi" adlı beşinci beynəlxalq konfrans bu gün Tehrandakı Şəhid Beheşti Universitetində işə başlayıb.

Kaliforniya, Danimarka, Münhen və Oksford universitetlərindən olan beynin reaksiyası sahəsi üzrə dünyanın tanınmış müəllimlərinin iştirak etdikləri bu illik konfransda beynin reaksiyası sahəsində mövcud olan dünyanın elmi nailiyyətləri və ən yeni informasiyalar təqdim olunacaq.

Alman müəllimlərin iştirakı ilə ixtisas kurslarının təşkili, həmçinin ixtisaslaşdırılmış müalicə klinikaları və tibb ləvazimat və təchizatları üzrə sərginin keçirilməsi bu konfransın proqramlarındandır.

"Beynin reaksiyasının öyrənilməsi" adlı beşinci beynəlxalq konfrans oktyabrın birinədək davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə