Cümə axşamı, 27 Sentyabr 2018 18:54

Tehranda 4-cü beynəlxalq dərman sərgisi keçirilib

Tehranda 4-cü beynəlxalq dərman sərgisi keçirilib

Sanksiya vəziyyətində "İran Farma" sərgisinin keçirilməsi bir qüdrət manevridir.

Tehrandakı İmam Xomeyni(r.ə.) adına mosəllada 4-cü beynəlxalq dərman və əlaqədar sənaye sərgisi keçirilib. Sərgidə məqsəd, beynəlxalq tciarət üçün münasib zəminin yaradılması, imkanların təqdimi və daxili qabiliyyətlərin inkişaf etdirilməsidir.

Amerikanın tutduğu mövqeyə və sanksiyalar tətbiq etməsinə əsasən, iqtisadi bir müharibəyə daxil olmuşuq. Bizim bazarın qüdrəti və iqtisadi imkanını göstərəcək hər bir hərəkət bir qüdrət nümayişi və manevri ola bilər. 

"İran Farma" sərgisi sanksiya vəziyyətində yaxşı bir qüdrət manevridir. 

Doktor Şeybani- Dərman Həmkarlar İttifaqının sədri: Beynəlxalq "İran Farma" sərgisi çox önəmli bir hadisədir və xüsusi bir yerə malikdir. Təbii dərmanlar istehsal edən şirkətlər də bu mühitdə iştirak edirlər. Burada dərman sənayesi bacarıqlarının təqdim olunmasının kənarında 52 təlim kursu keçirdik. Məhdudiyyət və sanksiyanın olduğu zamanlarda biz daha çox parlamışıq. Zira daim ondan bir fürsət kimi istifadə etmişik. 360 daxili və 140 xarici dərman şirkəti "İran Farma" sərgisində iştirak edir. Bu sərginin budəfəki əsas şüarı, "Mövcud şəraitdə fürsətlər və təhdidlər"dir. Hazırkı şərait real istehsalçı üçün münasib atmosfer yaradır və bazarı tanıyan istehsalçı dəyişiklik metodu və yolunu öyrənib, əkin və xammal təmini üsulunu bilir; o, bu dalandan çıxa bilər. 

Doktor Xeyrabadi- Dərman Həmkarlar İttifaqının rəyasət heyətinin üzvü: "İran Farma" bu diyarın qeyrətli övladlarının qüdrət nümayişidir. Region ölkələri arasında İran dərman istehsal edən ilk ölkədir. Cürətlə deyirik ki, ehtiyac olan dərmanın 97 faizini daxildə istehsal edirik. Ötən il qonşu ölkələrə təqribən 500 milyon dollar dəyərində dərman ixrac etmişik.

Şərh yaz


Məxfi kod
Yenilə