Çərşənbə, 12 Sentyabr 2018 14:37

Bakteriya ilə mübarizə aparan süni hüceyrələr

Bakteriya ilə mübarizə aparan süni hüceyrələr

ABŞ elm insanları, laboratoriya mühitində bakteriya ilə mübarizə aparan süni hüceyrələr yaratdı. Araşdırma çərçivəsində yaradılan süni hüceyrələrin, canlı hüceyrələrin bəzi xüsusiyyətlərini təqlid etdiyi və laboratoriya mühitində E.koli bakteriyasını müəyyən edərək ortadan qaldırdığı ifadə edildi.

Nəticələri "ACS Applied Materials and Interfaces" jurnalında dərc edilən araşdırma daxilində yaradılan süni hüceyrələrin, canlı hüceyrələrin bəzi xüsusiyyətlərini təqlid etdiyi bildirildi.

Kaliforniya Universitetinin bio-medik mütəxəssislərinin lipozomlardan hazırladığı, "lego bloklarına" bənzədilən süni hüceyrələrin ömrünün qısa olduğu və bölünmədiyi qeyd edildi.

Araşdırma qrupunun rəhbəri professor Çimenq Dan belə danışdı: "Süni hüceyrələrin qəbul edə bildiyini, reaksiya göstərə bildiyini və bakteriya ilə qarşılıqlı təsirə girə bildiyini, eyni zamanda olduğu mühitə çox az asılılıqla bakteriyanı müəyyən edib öldürən sistemlər kimi hərəkət edə bildiyini göstərdi".

Antibakterial süni hüceyrələrin gələcəkdə digər müalicələrə müqavimətli infeksiyalarla mübarizədə istifadə edilməsi ümid edilir.

Şərh yaz


Məxfi kod
Yenilə