Bazar ertəsi, 27 Avqust 2018 22:41

Suyun donduğu zaman genişlənməsi üçün səbəb nədir?

Suyun donduğu zaman genişlənməsi üçün səbəb nədir?

Əksər mayelər soyuduğu zaman, kiçilir. Maye, soyuduqca büzüşür; çünki molekullar daha yavaş hərəkət etdikləri üçün, onları bir-birlərinə çəkən molekullararası qüvvələri ötmələri daha çətin olur.

 

Sonra, donma istiliyinə çatırlar və maddə bərk hala gəlir ki, bu vəziyyət də, onun bir az daha daralmasına səbəb olur. Çünki kristal haldakı qatqılar, ümumiyyətlə möhkəm formada qablaşdırılmışlar.

 

Lakin su, bu mövzuda istisnalardan biridir. Maye su soyuduğu zaman, gözlənildiyi kimi, təxminən 4 dərəcəlik bir istiliyə qədər yığılır. Bundan sonra, donma nöqtəsinə çatana qədər yüngülcə genişlənir və dərhal sonra, donduğu zaman təxminən 9% nisbətində genişlənir.

Bu fövqəladə davranış, su molekulunun quruluşundan qaynaqlanır. Hidrogen atomlarının şəbəkə meydana gətirmə barəsində güclü bir meylləri vardır. Burada hər hidrogen atomu, iki oksigen atomu arasında iştirak edən bir yol olar. Hidrogenlərin bu yolu meydana gətirmə meyli, istilik azaldıqca qüvvətlənir. Buzun quruluşu, tamamilə hidrogen ilə bağlıdır.

 

Buzun maye sudan daha az sıx olmasına səbəb olan şey - açıq quruluşdur. Əgər su normal formada davransaydı, qış mövsümündə bir çox su yığını donub bərk hala gələrdi və içərisindəki bütün həyatı yox edərdi.

Şərh yaz


Məxfi kod
Yenilə