Bazar ertəsi, 27 Avqust 2018 21:20

Hər il İranda 5-15 yeni dərman təqdim olunur

Hər il İranda 5-15 yeni dərman təqdim olunur

İran əczaçılarının ölkəyə və regiona lazım olan dərmanların istehsalı üzrə səyləri durmadan davam edir və İsfahan şəhəri İranda dərman istehsalı sahəsində mühüm şəhərlərdən biri sayılır.

İranda 23 mindən çox əczaçı fəaliyyət göstərir. Onların biliyi dərman istehsalı sahəsində İranın regionda birinci, Asiyada isə 4-cü olmasına səbəb olubdur.

Hər il İran zavodlarında beşdən on beşədək yeni dərman təqdim olunur. İran əczaçıları 4 faiz import dərmanı da ölkə daxilində istehsal etməyə çalışırlar.

 Bütün xərclərin 25 faizi adətən bahalı dərmanlar olan elə bu dörd faizə aiddir.

Bu arada İsfahan da əczaçılıq sənayesinin üçüncü qütbü kimi iqtisadi müstəqillik yolunda addımlaya bilibdir.

Müsahibə: İsfahanda 16 dərman istehsalı obyekti var və vilayətdə təqribən 800 dərman preparatı istehsal edilir.

Bu dərmanlar elmi əsaslı dərmanlar kimi tanınıblar.

 Bazara 110 növ dərman təqdim edə bilmişik. Onların 20 növü ilk dəfədir ki, ölkə daxilində istehsal edilir.

 "Sodium Valprat 500" bu vilayətin elmi əsaslı mərkəzində istehsal olunub və bununla, təqribən 15 milyon dollar valyutaya qənaət edilibdir.

 Əvvəllər idxal edilən on beş növ təkmilləşdirici istehsal etməyə müvəffəq olmuşuq.

Bu əczaçılıq zavodunda istehsal olunub. Əvvəllər Amerikanın inhisarında olubdur. Xərçəng xəstələri üçündür.

 400 min tümənlə İranın dərman bazarına daxil olurdu. Tapılmırdı. Biz xarici dərman səviyyəsində istehsal edə bildik, lakin olduqca münasib qiymətə.

Bura da ölkədə və Asiyanın qərbində ən böyük bitki dərmanları istehsalı şirkətidir.

 Olduqca modern təchizatlardan istifadə edirik.

Bu şirkətin ürək-damar xəstəlikləri və ürək döyüntüsünün azaldılması üzrə ən yeni nailiyyətidir.

 Dərman bitkilərini yerliləşdirməklə bu bitkiləri ölkədə istehsal edə və yetişdirə bildik.

Burada ölkəyə lazım olan antibiotiklərin yarısı istehsal olunur və kapsula qabığının yeganə istehsalçısı da sayılır.

 Ölkəyə lazım olan miqdardan təqribən otuz faiz çox kapsula qabığı istehsal edirik.

İran üçün fəxredici bir haldır ki, on il bundan öncə dərman xammalının on faizini istehsal edirdik, bu gün isə 60 faizini istehsal edirik.

Şərh yaz


Məxfi kod
Yenilə