Cümə axşamı, 14 June 2018 19:27

Ürək çatışmazlığına qarşı cihaz

Ürək çatışmazlığına qarşı cihaz

Deyerler.org  Elm insanları, "Therepi" adı verilən kiçik bir cihazla infarktdan ürək çatışmazlığına qədər irəliləyişi dayandırmağa ümid edir.

 

Science Daily-nin xəbərinə görə, nəticələri "Nature Biomedical Engineering" jurnalında nümayiş olunan işdə, ziyanlı ürək toxumasına birbaşa bağlanan Therepi cihazının, ürək funksiyalarının nizamlanmasında necə istifadə edilə biləcəyinə aid detallara yer verildi.

 

Massaçusetts Texnologiya İnstitutundan Ellen Roşe bu barədə belə dedi: "İnfarktdan sonra xəstəni ürək çatışmazlığından qorumaq məqsədilə ya da xəstədə hal-hazırda ürək çatışmazlığı varsa, irəliləməsinin qabağını almaq üçün bu cihazı istifadə edə biləcəklər".

 

Ürək çatışmazlığının qarşısını almaq üçün tətbiq olunan müalicələrdə istifadə edilən bəzi mövcud üsulların qeyri-kafi olduğuna işarə edilən işdə, bu üsullardan birində, dərmanların, ziyanlı bölgəyə birbaşa tətbiq edilməsi yerinə sistemli şəkildə verildiyi ifadə edildi.

 

Araşdırmaçılar, tək bir cərrahi müdaxilə ilə ürəyə yerləşdirilə bilən cihazın jelatin əsaslı bir polimerden hazırlandığını və dərman tətbiqi baxımından möhtəşəm bir potensiala sahib olduğunu qeyd etdi. Deyerler.org

Şərh yaz


Məxfi kod
Yenilə