Bazar, 03 June 2018 16:22

Bədəni yağlardan təmizləmək üçün vasitə

Bədəni yağlardan təmizləmək üçün vasitə

Cəfəri və limon
Həm qaraciyəri təmizləyir, həm sızanaqlara qarşı yaxşı təsir edən, eyni zamanda yağları yandıran xüsusiyyətilə möcüzəvi bir reseptdir.
Bizə lazımdır:
2 ovuc saplı cəfəri
1 stəkan içməli su
1 limonun suyu

Hazırlanması:
Cəfəri və suyu blenderdən keçirin. Üzərinə 1 ədəd sıxdığınız limonun suyunu əlavə edin. Bu məhlul səhərlər yeməkdən 15-20 dəqiqə əvvəl içilir və kurs 15 gün davam edir. 15 gün sonra yağları yandıran cəfərili limon müalicəsinə 3-5 gün fasilə verin. Sonra yenə 15 gün müalicəni davam edin. Cəfəri və limonun təzyiq salıcı bir xüsusiyyəti olduğu üçün təzyiqi aşağı olan xəstələrə tövsiyə olunmur.

Qəhvə müalicəsi
Bizə lazımdır:
1 stəkan süd
1 ədəd darçın çubuğu
1 çay qaşığı klassik qəhvə

Hazırlanması:
Bu resept üçün istifadə edəcəyimiz südü mütləq gecədən hazırlamaq lazımdır. Gecədən südü və darçın çubuğunu kiçik bir qazana qoyub az dərəcədə qaynadırıq. Bunun məqsədi, darçının yaxşıca südlə qarışmasını təmin etməkdir. Süd biraz qaynadıqdan sonra səhərə qədər içində darçınla qalmalıdır. Daha sonra isə, qəhvə ilə qarışdırırıq. Məhlul artıq hazırdır.

Şərh yaz


Məxfi kod
Yenilə