Cümə axşamı, 03 May 2018 21:22

Sumaq çayının faydaları

Sumaq çayının faydaları

Antioksidantlar sumaq ədviyyatının ən böyük faydalarından biridir. Sumaq, qidaların antioksidant tutumunu sıralayan ORAC cədvəlində çox yüksək sırada iştirak edir. Sumaq, xərçəngə, ürək xəstəliyinə və yaşlanma əlamətlərinə səbəb ola biləcək sərbəst radikalları təsirsiz hala gətirmək qabiliyyətinə malikdir. Eyni zamanda istehlak edilən yeməklərə əlavə olunan sumağın diabet xəstəliyinin qarşısını alması məlumdur.

İnfeksion xəstəliklərin qarşısını alır

Sumaq çayı, bədəndə iltihablanma, qızdırma, artrit, dəri iltihabı, tənəffüs pozuntuları, bronxit və digərləri kimi bir çox xəstəliyə şəfa olaraq istifadə edilir. Laboratoriya nəticələri sumağın qızdırma əleyhinə yaxşı xüsusiyyətlərə sahib olduğunu təsdiqləyir. Soyuqdəymə, artrit və digər iltihab narahatlıqların müalicəsində faydalı olduğu məlum olub.

Sumaq dərini qoruyur

Qızdırma əleyhinə və antimikrob xüsusiyyətlərə malik olan sumaq çayı, dəri problemlərinin müalicəsində və yaraların yaxşılaşmasında kömək edir. Sumaq yarpaqları dəri səpgilərinə qarşı, iltihablı diş ətlərinə yaxşı təsir edir.

Şərh yaz


Məxfi kod
Yenilə