Çərşənbə axşamı, 01 May 2018 15:15

Alimlərdən yeni kəşf - Süni yağış

Alimlərdən yeni kəşf - Süni yağış

Çin ən böyük süni yağış sınağı ilə iqlim dəyişikliyinə meydan oxuyacaq. Süni yağış sınağı ilə hava şəraiti qismən nəzarət altına alına biləcək.

Çin Tibet yaylası üzərində əlavə yağış yağmasını təmin etmək üçün tarixdəki ən böyük süni yağış layihəsi üzərində işləyir. Nəşr olunan hesabatlara görə bu layihə, bölgədəki yağış miqdarını 10 milyard kub metrə çıxaracaq tutuma sahibdir.

 2016-cı ildə Çindəki Tsinqhua Universitetinin araşdırmaçıları tərəfindən yaradılan ‘Sky River' adlı bir layihənin davamı olan bu plan, təxminən 1.6 milyon kilometr kvadrat genişliyində böyük bir sahəyə yağış yağmasını hədəfləyib. Əldə ediləcək yağış miqdarı ilə Çindəki su istehlakının 7%-nin qarşılana biləcəyi ifadə edilir.

 Layihəni hazırlayan dövlətin Çin Hava və Kosmos Elmləri İnstitutunun rəhbəri Lei Fanpei, bu layihənin Çinin su çətinliyini həll etmək üçün ciddi bir yenilik olduğunu söyləyir. Bu layihənin inkişaf işlərindən sonra yalnız Çində deyil, bütün dünyada su çətinliyinə qarşı əhəmiyyətli bir həll ola bilər.

Şərh yaz


Məxfi kod
Yenilə