Çərşənbə, 25 Aprel 2018 21:17

Mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün məsləhətlər

Mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün məsləhətlər

Qəbizliyin səbəbləri müxtəlif ola bilər. Hər bir halda onu müalicə etmək lazımdır.

 

 

Meyvə yeyin.

 

Gün ərzində lifləri çox olan meyvə yeməyə çalışın. Üzüm, moruq, alma kimi. Bundan başqa quru meyvələrdən əncir qurusu, ərik qurusu kimi meyvələrdən yemək lazımdır. Bununla yanaşı tərəvəzlər də çox faydalıdır.

 

Davamlı olaraq idman edin.

 

Qida, qəbizliyi aradan qaldırmaq üçün kifayət etməz. Lazımdır ki, hər həftə 3 dəfə 30 dəqiqə olmaqla idman edəsiniz. Davamlı idman etmək bağırsaqları təhrik edər və onları fəallaşdırar.

 

 

Çoxlu su için.

 

Tədqiqatçılar tövsiyə edir ki, qəbizliklə mübarizə aparmaq üçün gün ərzində 8 stəkan su içmək laızmdır.

 

 

Stresləri azaldın.

 

Stress həzm sisteminə birbaşa təsir edən amillərdəndir. Tədqiqatçıların nəzərinə görə bağırsaqlar bədinin kiçik beyinidir. Beyin ilə bağırsaqların sıx rabitəsi vardır. Beyində gərginlik olan zaman bağırsaqlarda da olur. Belə bir insan qidalanmağa çox da əhəmiyyət vermədiyi üçün bu çətinliklər bir neçə bərabər olur.

 

 

Səfərə çıxan zaman yediklərinizə diqqət edin.

 

Əksər insanlar səfərə çıxan zaman hava və suyunu dəyişdiyi üçün qəbizliyə düçar olur. Bunun üçün üç şeyi yaddan çıxartmamalıyıq: çoxlu fibr qəbul etmək, su içmək və idman. Çox təəssüf ki, bunlara riayət etmək bəzən çətin olur. Ona görə də ən azı suyu çox içməyə cəhd edin. Meyvə və tərəvəzi çox yeyin. Səfərə özünüzlə quru meyvələrdən götürməyi unutmayın. (Tebyan saytına istinadən)

 

Şərh yaz


Məxfi kod
Yenilə