Çərşənbə, 25 Aprel 2018 21:14

Qandakı xolesterini meyvələrin yardımı ilə aşağı salın

Qandakı xolesterini meyvələrin yardımı ilə aşağı salın

Meyvələrin tərkibində çoxlu vitamin və anti-oksidantlar olduğu üçün qandakı xolesterini aşağı salar. Bu cür meyvələri tanıyaq.

C vitamini olan meyvələr. O meyvələrdə ki, bu vitamin vardır, qandakı xolesterini aşağı salar. Bu meyvə ən çox portağalda, limonda, qreypfrutda, kividə və qırmızı meyvələrdə mövcuddur.

Beta-karotin maddəsi olan meyvələr. Bu anti-oksidantların da qandakı xolesterinə təsiri vardır. Bu meyvələrə yemişi, əriyi, şaftalını misal göstərmək olar.

Polifenol maddəsi olan meyvələr. Polifenol da anti-oksidantlardan sayılır ki, qandakı xolesterinin səviyyəsini aşağı salar. Qırmızı üzümdə bu maddə daha çoxdur.

Alma, ürəyin dostudur. Almanın 100 qr-da 50 kalori vardır. Tədqiqatlar göstərir ki, bu meyvənin ürəyə müsbət təsirləri vardır. Alma xolesterini aşağı salar və bağırsaqda olan yağlılığı azaldar. Bu meyvənin tərkibində vitaminlər və anti-oksidantlar vardır ki, xüsusilə onun qabığında olur.

Alma tərkibində olan fruktoza və karbohidratlara görə enerji verəndir. Ona görə də insanın fiziki fəaliyyətini gücləndirər. O zaman ki, fiziki fəaliyyətiniz artar, şübhəsiz ki, qandakı xolesterin də aşağı düşər. Bu meyvə insanda uzun müddət toxluq hissi yaradar. Tədqiqatlar göstərir ki, o insanlar ki, hər gün alma yeyirlər, onların qanındakı xolesterin normada olar.

 

Şərh yaz


Məxfi kod
Yenilə