Çərşənbə, 25 Aprel 2018 21:12

Təbii meyvə şirələri sağlamlığın keşiyində durar

Təbii meyvə şirələri sağlamlığın keşiyində durar

Meyvələrin şirəsi meyvələrin öz xasiyyətlərinə malikdir. Bu ləzzətli şirələr həm az kalorilidir və həm də su mənbəyidir.

Meyvə şirələri bədənin enerjisini təmin edər və fəaliyyətlərini tənzim edər. Bundan başqa, meyvə şirələri anti-oksidant olduqları üçün qorumaq xasiyyətinə malikdirlər. Bədəni xəstəliklər qarşısında hifz edirlər.

Meyvə şirəsi vitamin deposudur. Meyvə şirəsi vitaminlə zəngin olmaqla yanaşı, hüceyrələrin fəaliyyəti üçün zəruridir. Tərkibində C vitamini olan meyvələr bədəndə olan iltihablarla mübarizə aparır və bədənimizin müxtəlif xəstəliklərlə mübarizədə ona ehtiyacı vardır.

A vitamini gözlərin qüvvətləndirilməsi üçün lazımlıdır. B9 vitamini isə qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rola malikdir.

Həkimlərin “meyvə şirəsi için” kimi tövsiyələri yersiz yerə deyildir. Meyvə şirələrinin tərkibində olan kalium, maqnezium bədənə zəruri olan maddələrdəndir. Meyvə şirəsinin 90%-ni su təşkil etdiyi üçün, bizim gündəlik su ehtiyacımızın bir hissəsini təmin edə bilər. Meyvə şirəsi bədənə enerji verər. Bir stəkan meyvə şirəsinin tərkibində 30-90 kalori enerji vardır. Meyvənin tərkibində olan şəkər adətən fruktoza şəklində olur. Bu maddə meyvə şirəsinə şirilnik verir.

Həkimlərin ən çox tövsiyə etdiyi meyvə şirələri bunlardır:

 

Yemiş suyu.

Bu şirə adətən o kəslərə daha çox tövsiyə edilir ki, qəbizlikdən, revmatizmdən, artritdən əziyyət çəkirlər. Bundan başqa, bu şirə bədəndə olan toksinləri dəf edər. Əgər yemişin qabığını yanıq yerinin üzərinə qoysanız, onu sakitləşdirər.

 

Albalı şirəsi.

Albalı – həssas bir meyvədir və gərək diqqətlə seçilib alınsın. Albalı alan zaman qırmızı və şəffaf rəngi olar albalı seçin. Tövsiyə edilir ki, albalını üç gündən çox saxlamayasınız. Bu meyvə şirəsinin tərkibində liflər, C, E vitaminləri, dəmir, kalsium, maqnezium, kalium və fosfor vardır.

 

Ərik şirəsi.

Adətən əriyin suyu çox olmur. Ona görə də daha çox yetişmiş əriklərin şirəsini çıxartmağa çalışın. Ərik mədədə turşuluğu artırar.

 

Alma şirəsi.

Bu şirə üçün möhkəm alma seçin. Nəzərə alın ki, almanın qabığında A vitamini vardır və ona görə də onu soymamış maşından keçirin. Bu şirə qandakı xolesterini tənzim edir və bədəndəki toksinləri dəf edir.

 

Şərh yaz


Məxfi kod
Yenilə