Çərşənbə, 25 Aprel 2018 21:11

Ərik - böyük faydaları olan meyvə

Ərik - yay meyvələrinin gözü və çırağıdır. Bu kiçik meyvə sarı rəngli və çox şirindir. Tərkibində A, C vitamini, kalium, karotin vardır. Nə qədər ki, bu meyvə var, ondan bacardığınız qədər yeməyə çalışın. Bu yolla dəriniz günəş şüasına qarşı müqavimətli olar və iztirab sizdən uzaq olar.

 

A vitamini

Ərik A vitamini deposudur. 100 qram əriyin tərkibində 3 milliqram A vitamini vardır. Bu vitamin dərini yaxşılaşdırar və görmə qabiliyyətini gücləndirər. Bu meyvə həm də anti-oksidantdır. Xərçəng və qocalıq hüceyrələri ilə mübarizə aparar. A vitamini bədənin xəstəliklərə və ifunətə qarşı qüdrətini gücləndirər. Bu vitamin bizim dərimizi şüadan və xarici zədələrdən qoruyar. Hər kim dərisinin gözəl olmasını istəyirsə, bu meyvədən çox yesin.

 

Kalium mənbəyi

Ərik yeməklə çox sayda kaliuma malik ola bilərsiniz. 100 qram əriyin tərkibində 315 milliqram kalium vardır. Əriyin tərkibində kaliumla yanaşı dəmir, mis, maqnezium da vardır. İdmanla məşğul olan hər bir insanın bu maddələrə ehtiyacı var. Əgər isti havada çox iş görür və yorulursunuzsa, ərik sizə enerji verər. Bədəndə olan toksinləri xaric edər.

 

Ərik tez həzm olunan meyvədir

Ərik çox tez həzm olan bir meyvədir. Tərkibində pektin maddəsi olduğu üçün qəbizliyi aradan qaldırar. Bağırsaq tənbəlliyi ilə mübarizə aparar. Bu meyvəni hətta azyaşlı uşaqlara belə vermək olar.

 

C vitamini

Əriyin tərkibində C vitamini və lipitlər vardır. Bu meyvə qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə yardım edər. Ona görə də qan azlığı olan insanlar üçün faydalıdır. Əgər revmatizm, qulaq ağrısı kimi xəstəliyiniz varsa, əriyə etimad edə bilərsiniz. Bu meyvə də xərçəngin qarşısını alır və qəlb xəstəlikləri üçün faydalıdır.

Mütəxəssislər məsləhət görür ki, gün ərzində 3 dənə ərik yeyək və bu yolla karotinə olan ehtiyacımızı təmin edə bilək. Ancaq əgər ərik bağınız varsa, bu meyvədən bacardığınız qədər yeməyə çalışın. Bu meyvəni həm xam, həm də qurudulmuş halda yemək olar. Kompotu da çox dadlı və faydalıdır.

Bu meyvədən üzünüz üçün maska da düzəldə bilərsiniz. Bunun üçün əriyi əzin və içinə bir qədər qatıq və limon suyu əlavə edin. Sonra alınan bu maddəni üzünüzə yaxın və 20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska üzünüzün dərisini açacaq və saf edəcəkdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə