Çərşənbə, 25 Aprel 2018 21:07

Alzheimerin ən böyük düşməni

ABŞ mütəxəssisləri bəşəriyyətin ən çox qorxduğu xəstəliklərdən biri olan Alzheimerin ən böyük düşmənini tapdıqlarını açıqladılar. Araşdırmaya görə yuxu, Alzheimerin ən böyük düşmənidir.

Bir gecəliyinə heç yatırdılmayan 20 insanla aparılan iş, yuxusuz keçən bir gecənin belə beyin hüceyrələrinə bərpa edilməyən ziyanlar verdiyini sübut etdi.

İnsan yatmadığında beyin, amiloid beta adılı beyin hüceyrələrinə zərərli hissəciklər ifraz etməyə başlayır.

Son beş ildə aparılan bir çox araşdırmada, nizamlı qaydada yatmayan insanlarda amiloid beta təcrübəsinin nizamla yatan insanlara nisbətdə daha çox olduğunu göstərir. Araşdırmada kəsilməz yuxunun yaddaşı gücləndirdiyi, yuxu problemi yaşayanların isə Alzheimerə tutulma riskinin artdığı təyin olunub.

Mütəxəssislər gənc yaşda yuxu problemi olanların yaşlandıqda Alzheimer xəstəliyinə tutulma risklərinin artdığını bildirir.

 

Şərh yaz


Məxfi kod
Yenilə