Cümə axşamı, 12 Aprel 2018 15:10

İran İslam Respublikası regionda gentika sahəsində lider ölkədir

İran İslam Respublikası regionda gentika sahəsində lider ölkədir

İranın Genetika Cəmiyyətinin sədri deyib: İran İslam Respublikası genetika üzrə regionda birinci yerə malikdir.

İran İslam Respublikasının Genetika Cəmiyyətinin sədri Məhəmməd Əkrəmi İranın genetika üzrə regionda lider ölkə olduğunu deyərək, əlavə edib:  İran gentika sahəsində bir çox Avropa ölkəsi ilə müqayisədə, elmi məqalələrin sayı və istehsal edilən məhsulların çeşidi baxımından, daha üstündür və genetika sahəsində dünyanın ən güclü ölkələri sırasında yer alır.

İranın Genetika Cəmiyyətinin sədri əlavə edib: Bu gün İran molekulyar genetika, bitki genetikası, heyvan genetikası, insan genetikası və tibbi genetika sahələrində üstün mövqeyə malikdir və bu sahədə çoxlu sayda elmi məqalələrə malikdir.

Məhəmməd Əkrəmi həmçinin deyib: İran, İslam İnqilabının qələbə çalmasından sonra tibbin müxtəlif sahələrində özünü təmin həddinə çatıb və hətta, iranlı müəllimlər xarici universitetlərdə tədrislə məşğuldurlar.

Şərh yaz


Məxfi kod
Yenilə