Çərşənbə, 11 Aprel 2018 18:15

İnsan bədəni internetə bağlanacaq

İnsan bədəni internetə bağlanacaq

Kommunikasiya mütəxəssisləri internetin inkişafını dörd mərhələyə ayırır. İlk mərhələdə kompyuterlər, ikincisində mobil cihazlar internetə bağlandı.

Üçüncü mərhələ, soyuducundan avtomobilə, fotoşəkil maşınlarından televiziyaya, ətrafımızda gördüyümüz, günlük istifadə etdiyimiz obyektləri internetə bağlayır. Dördüncü mərhələ isə insanların birbaşa internetə bağlanmasını ifadə edir.

 

Mütəxəssislərə görə Google, bu sahədə yaratdığı Google Glass layihəsilə ciddi bir addım atdı. Ətrafda yalnız bir eynəkdən ibarət olan Google Glass, bir çox xüsusiyyətilə yeniliyi ifadə edir. İnternetə bağlı Google Glass, məlumat ötürmədə yeni bir mərhələyə keçir və ekranı lazımsız bir obyektə çevirir. Zənginləşdirilmiş reallıq texnologiyasından faydalanaraq gerçəklə virtuallıq arasındakı sərhədlər ortadan qaldırılır.

 

Google mütəxəssislərinə görə Glass layihəsi hələ bir fikirin başlanğıc mərhələsini meydana gətirir. Əsl hədəf, kompüterlə beyin arasındakı texniki cihazları aradan çıxarmaq, virtualla həqiqət arasındakı sərhədləri ortadan qaldırmaqdır.

 

Google, Glass layihəsilə müəyyən bir məlumata çatmaq üçün hər hansı bir cihazı açmağa, hər hansı bir proqramı yükləməyə ehtiyac olmayan bir dövrün qapılarını açır.

Şərh yaz


Məxfi kod
Yenilə