Çərşənbə, 11 Aprel 2018 18:13

Xərçəngli hüceyrələri müşahidə edən kamera

Xərçəngli hüceyrələri müşahidə edən kamera

Elm insanları, təbiətdən ilham aldıqlarını söylədikləri bu yeni kamera sayəsində, xərçəngli hüceyrələri çox daha ətraflı görə biləcək.

Texnologiya və elm inkişaf edib gündəlik həyatımızın içinə daxil olduqca, təbiətdən uzaqlaşdığımızı düşünürük. Ancaq əslində edilən bir çox dizayn və elmi ixtira təbiətə söykənir və təbiəti təqlid edir. Bir robotun təməldə bioloji bir varlığı təqlid etməsi, ya da bir kameranın əslində insan gözündən ilhamlanlaraq çıxarılması kimidir.

 

Sağlamlıq elmi isə kəpənək gözündən ilhamlanaraq hazırlanan yeni bir kamera sayəsində xərçəngli hüceyrələrin təyin olunması və bədəndən alınması əməliyyatlarını daha asan edə biləcək yeni bir layihə üzərində işləyir.

Xərçəngli hüceyrələrin alınması əsnasında əməliyyatlarda istifadə edilən kameralar, istilik dəyişmələrindən asanlıqla təsirlənərək xərçəngli hüceyrələr ilə sağlam hüceyrələrin qarışdırılmasına səbəb ola bilər.

 

Araşdırmaçılar isə, Morfo cinsli kəpənəklərin baxışlarının istədikləri təfərrüat və həssaslığa sahib olduğunu kəşf ediblər və eyni baxışa sahib bir kamera hazırlamışlar.

 

Cihaz olduqca kiçikdir və xərci haradasa 20 dollardır. Belə kiçik və ucuz xərcli bir kameranın, bir çox sahədə sıx olaraq istifadə edilə biləcəyi düşünülür. Yalnız xərçəng müalicəsi və diaqnozunda deyil, endoskopiya və kolonoskopiya əməliyyatlarında da istifadə edilməsi planlaşdırılan bu kamera, eyni zamanda heyvanlar üzərində xərçəng diaqnozunda da istifadə ediləcək.

Şərh yaz


Məxfi kod
Yenilə