Çərşənbə, 11 Aprel 2018 18:07

Bakteriya yayan məişət əşyaları

Bakteriya yayan məişət əşyaları

Bəzi məişət əşyalarından uzun müddət istifadə sağlamlığa ziyan vurur. Novator.az-ın məlumatına görə, mütəxəssislər bu qənaətdədir. Onlar insanların illərlə saxlamağa adət etdiyi, bakteriya yaya biləcək əşyaların siyahısını açıqlayıb.

 

Siyahıda ilk yerdə diş fırçası göstərilir. Stomatoloqlar diş fırçasını 3 ayda bir dəfə dəyişməyi məsləhət görür. Amma bu dövrilik dişlərində və damağında problemi olmayanlar üçündür. İnsan adi soyuqdəymə və ya başqa xəstəlik keçiribsə, ilk simptomlardan sonra fırçanı dəyişmək tövsiyə olunur.

 

Təhlükə sarıdan ikinci yerdə daraq gəlir. Mütəxəssislər darağı ildə heç olmasa bir dəfə dəyişməyi və həftədə ən azı bir dəfə təmizləməyi məsləhət görür.

 

Vaxtaşırı dəyişilməsi vacib sayılan əşyalar siyahısında üçüncü yerdə çəkələk gəlir. Onu altı aydan çox geymək olmaz. Göbələk infeksiyasından müalicə almış insan isə çəkələyi dərhal dəyişməzsə, bu xəstəliyə yenidən yoluxa bilər.

 

Qab yumaq üçün istifadə olunan süngəri təmiz mətbəx şəraitində ən çox 1 həftə istifadə olunanda sağlamlığa ziyan vurmaz. Almaniyalı tədqiqatçılar adi mətbəx süngərində təhlükəli zərərli bakteriyalar aşkarlayıb. Ona görə də mütəxəssislər qabyuyan süngəri tez-tez dəyişməyi tövsiyə edir.

 

Mütəxəssislər 8 ildə bir dəfə yataq döşəyini, 5 ildə bir dəfə xalçanı, 6 ayda bir dəfə yemək üçün istifadə olunan plastik qab dəstini, ildə bir dəfə məhrəbanı, 3 ildə bir dəfə yastığı dəyişməyi məsləhət görür.

Şərh yaz


Məxfi kod
Yenilə