Bazar ertəsi, 09 Aprel 2018 18:51

Güclü saçalara doğru 10 addım!

Güclü saçalara sahib olmaq bütün xanımların,hətta kişilərin də ən böyük arzularına çevrilir bəzən.

 

Bunun üçün müxtəlif yollara əl atırlar. Bahalı şampunlar,maskalar, bahalı prosüdurlar və s.

 

Amma, bilmək lazımdır ki, əgər saçlar zəif və cansızdırsa, tökülürsə bun problemi daxildən həll etmək lazımdır.

 

güclü saçalara sahib olmaq üçün 10 addımı atmaq lazimdir.

 

1- Dəmir Ehtiva edən Qidalar

 

Dəmir baxımından zəngin qidalar qəbul etməyə diqqət edin. Fıstıq, bəkməz, kətan toxumu, mərcimək, kartof, qırmızı ət, toyuq əti, dəniz məhsulları dəmir baxımından zəngin qidalardır.

 

2- Sink Ehtiva edən Qidalar

 

Qoz, somon balığı, fıstıq, badam kimi sink baxımından zəngin qidaları qəbul etməniz saç tökülməsini maneə törədəcək.

 

3- Biotin

 

Paxla və yumurta kimi biotin zəngini qidalar saç qırılmalarını önləyə bilər.

 

4- Selenyum

 

Fındıq və fındıq əzməsi kimi selenyum baxımından zəngin qidaları qəbul etməyə diqqət edin. Bu qidalar saç dərinizə çox yaxşı gələcəkdir.

 

5- Nahar da B12

 

B12 tərkibli bir qidalanma vərdişi sağlam saçlar üçün olmazsa olmazlardandır. Toyuq əti, qatıq, süzmə pendir və yumurtanı qidalanma vərdişlərinizə müəyyən bir nizam içərisində daxil etməlisiniz.

 

6- Karbonhidrat

 

Tam taxıllı qidalar və meyvələr sağlam karbonhidrat qaynaqlarıdır. Karbonhidrat istehlakınıza diqqət göstərməsəniz saç tökülməsi problemi yaşaya bilərsiniz.

 

7- A Vitamini

 

Pendiri yumurta, kök, ispanaq kimi qidalarda bolca A vitamini var. Bu qidalar saçlarınız üçün təbii saç kremi xüsusiyyətindədir.

 

8- Kalsium

 

Süd, qatıq, pendir, brokoli, susam və ispanaq kimi qidalar kalsium qaynaqlarıdır. Kalsium saçı qidalandırar, böyüdər. Ayrıca saydığımız bu qidalar zülal da ehtiva etdiyindən saçların qırılmasını da mane olar.

 

9- Təmizlik

 

Saçlar həftədə ən az 2 dəfə yuyulmalıdır. Əgər yağlı bir saça sahibsinizsə yuma sıxlığını artırmalısınız. Saç tam qurumadan uyğun bir dara daranmalıdır.

 

10- Kəpəklə Mübarizə

 

Saç diblərindəki yaranan kəpək saç dərisinin rahat nəfəs almasını maneə törədəcək və bu da saç tökülməsinə səbəb olacaq. Kəpəyi önləmək üçün həddindən artıq isti su ilə saçlarınızı yumayın və mütləq bol su ilə durulayın.

Şərh yaz


Məxfi kod
Yenilə