Bazar ertəsi, 09 Aprel 2018 18:49

Sümükləri gücləndirən 10 sadə vasitə

Sümükləri gücləndirən 10 sadə vasitə

 

1. Qatıq və bərk pendirlər kimi süd məhsullarını daha tez-tez yeyin. Kalsium qəbulunu artırın.

2. Daha çox tərəvəz istehlak edin. Xüsusilə qalın yarpaqlı yaşıl tərəvəzləri, kahı, göy bibər, ispanaq, şüyüd kimi qidaları süfrənizdən əskik etməyin.

3. D Vitamini qəbul edin. D Vitamini ilə zəngin olan yağlı balıqlara üstünlük verin.

4. Maqnezium ilə zəngin qidalardan istifadə etməyi unutmayın. Məsələn, qoz, balqabaq, günəbaxan, fındıq və badam kalsium mənbəyi sayılır.

5. Heyvani zülal istehlakını həddində saxlayın. Bitki mənşəli zülallardan istifadə etmək çox əhəmiyyətlidir. Yüksək zülallı pəhrizlərin kalsium itkisini artırdığını unutmayın.

6. Vitamin istifadəsi üçün həkiminizə müraciət edin: K12, D vitamini, kalsium, maqnezium və sink kimi vitaminləri həkim nəzarətində qəbul edin.

7. İdman etməyə laqeyd olmayın. Gün ərzində açıq havada yeriməyi unutmayın.

8. Ev yeməklərinə üstünlük verin. Xüsusilə sulu yeməklər istehlak edin.

9. Duz istehlakını azaldın. Çox duz, çox zülal kimi təsir göstərər və kalsium itkisini artırır.

10. Siqaretdən uzaq durun. Qəhvə, çayı istehlakını həddində saxlayın.

 

Şərh yaz


Məxfi kod
Yenilə