Bazar ertəsi, 09 Aprel 2018 18:24

Süni qulaq yaradıldı

Süni qulaq yaradıldı

Elm insanları süni orqanlara bir yenisini əlavə etməkdə qərarlıdır.

 

Süni qulaq üçün bir addım qaldı. Amerikalı alimlər bir xəstənin hüceyrələrindən yararlanaraq labarotoriya mühitində qulaq hazırlamağı bacardı.

Yeni inkişaflar fonunda toxuma texnologiyası da istifadə edilərək bir insan toxumasına bənzər qulaq yaradıldı.

Bostondakı Massaçusetts General Hospitalında yaradılan süni qulaq, gerçək qulaq kimi əyilmə xüsusiyyətinə malikdir.

Bu texnikanın bir gün qulaqlarını itirən insanlara kömək olacağına ümid edilir.

 

Toxuma mühəndisliyi yeni və inkişaf edən bir sahədir. Bu sahənin məqsədi köhnələn və ya zərər görən orqanların yerinə labarotoriyada sünilərinin hazırlanmasıdır.

 

Daha əvvəl elm adamları süni bir qulağı siçanlar üzərində böyütməyi bacarmışdı.

Hüceyrələr burada titandan əldə edilən qulaq formasındakı bir çərçivədə yaradılır.

Şərh yaz


Məxfi kod
Yenilə