Şənbə, 07 Aprel 2018 19:56

Uşaqlara şəkər və duz nə vaxt verilməlidir?

Uşaqlara şəkər və duz nə vaxt verilməlidir?

Körpə qidalarına duz və şəkərin əlavə edilməsinin son dərəcə təhlükəli olduğunu dilə gətirən mütəxəssislər, uşağın ilk 6 ayında yalnız ana südü ilə qidalanmasının çox önəmli olduğunu dedilər. 6 aydan sonra əlavə qidalara keçə bilərlər. Ancaq uşağın istehlak etməsini təmin etmək üçün heç bir qidaya əlavə duz və ya şəkər qatılmamalıdır.

1 yaşından etibarən uşaqlara ən az miqdarda duz verilməlidir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, yodlu duzun istehlakı troit hormonunun yaranması üçün lazımdır. 1 yaşından kiçik uşaqlar 1 qramdan az, 1-3 yaş arası uşaqlar isə 1,5 qramdan az duz istehlak edə bilərlər. Duz istehlak olunmaması böyüklərdə və uşaqlarda troit xəstəliklərinə yol açır.

Sadə şəkər körpənizin inkişafı üçün heç bir təsirə malik olmayan bir qidadır. Sadəcə enerjidən ibarətdir və ləzzətli dadı olması səbəbindən asılılıq yarada bilər.

Şəkər - diabet başda olmaqla bir çox xəstəliyin əmələ gəlməsində rol oynayır. Körpənizin belə bir qidanı yeməməsi qətiyyən heç bir problemə yol açmayacaq, ancaq 1 yaşından sonra az da olsa duz istehlakı lazımdır.

 

Şərh yaz


Məxfi kod
Yenilə