Şənbə, 07 Aprel 2018 19:52

Görmə qüsuru olanlar üçün telefon

Görmə qüsuru olanlar üçün telefon

 

 

İngiltərədə bir şirkət tərəfindən yaradılan telefon satışa təqdim edildi. Üç ölçülü, böyük düyməli bu telefon görmə qüsuru olanlar üçün xüsusi olaraq hazırlanmışdır. Düymə quruluşunun asan tanına bilən quruluşu, danışmaqdan başqa qısa mesaj yaza bilməyi də mümkün edir.

İngiltərədə istifadəçilərə öz cib telefonlarını hazırlamaq imkanını təqdim edən OwnFone şirkəti, variantları arasına Brayl əlifbasını da əlavə etdi.

Şirkət daha əvvəl başqa şirkətlərin Brayl əlifbalı telefon hazırladığını, ancaq ilk dəfə özlərinin satışa təqdim etdiyini bildirib.

Telefona sahib olmaq üçün şirkətin internet saytına girərək düymə komanda variantında Brayl seçmək lazımdır.

Kredit kartı böyüklüyündə olan telefon 3D çap üsulu ilə hazırlanır.

Hal-hazırda yalnız İngiltərədə satışa çıxan telefonun qiyməti isə təqribən 91 manatdır.

Şərh yaz


Məxfi kod
Yenilə