Bazar ertəsi, 12 Mart 2018 23:37

Saçın qırılmasını əngəlləyən qidalar

Saçın qırılmasını əngəlləyən qidalar

Saç tökülməsi kişi və qadınlarda tez-tez müşahidə edilir. Saçlarımızı gücləndirməyin yolu isə qəbul etdiyimiz qidalardan keçir. Gündəlik həyatda yediyimiz bəzi qidalar, saçlarımızın canlanmasını təmin edir. Məhz həmin qidalardan bəziləri bunlardır:

Qırmızı ət: Kifayət miqdarda qəbul edilməyən protein, saçın cansızlaşmasına səbəb olur. Qırmızı ət istehlak etdikdə saçların güclü uzanmasını təmin edir. Tökülmələrə mane olur.

Yumurta: Dəmir, sink, fosfor, biotin kimi vitaminlər baxımından zəngin olan yumurta, saçı qidalandırır. Eləcə də saçın parıldamasını təmin edir.

Balqabaq tumu: Maqnezium, kalium, fosfor baxımından zəngin olan balqabaq tumu, saçı qalınlaşdırır, qırılmaların qarşısını alır.

Zeytun yağı: Sanki təbii bir dərman olan zeytun yağı, içərisindəki E vitamini ilə saçın dərisini qidalandırır, saçı gücləndirir.

Şərh yaz


Məxfi kod
Yenilə