Cümə, 09 Mart 2018 23:35

DƏNİZ ALTINDA GİZLƏNƏN ŞƏFFAF BAŞLI BALIĞ

DƏNİZ ALTINDA GİZLƏNƏN ŞƏFFAF BAŞLI BALIĞ

ABŞ-lı alimlər dünyanın ən maraqlı balığı sayılan Macropinna Microstomanın şəklini çəkiblər. Beləliklə şəffaf başı və və yumru gözləri ilə ən çox diqqət çəkən canlılardan olan Macropinna Microstoma ilə bağlı sirlər gün işığına çıxdı. “Daily mail” qəzetinin xəbərinə əsasən indiyədək gözlərinin sabit bir nöqtəyə baxdığı iddia edilən balığın başqa xüsusiyyətləri də ortaya çıxıb. Gözləri eynilə insanda olduğu kimi üzünün ön tərəfində yerləşən bu balıq , üzərkən istiqamətini dəyişmək üçün də onlara müraciət edir

Monterey Tünd akvariyum Araşdırma İnstitutunun əməkdaşları tərəfindən bu balığa "Barreleye Fish" adı verilib. Teleskopvari gözlərə sahib olan bu balıq növünə daha çox Atlantik, Sakit və Hind okeanlarında rast gəlmək olar. Balığın başının içi tamamilə göründüyünə görə, işığın təsirindən gözləri yaşıl rəngə çalır. 600 metr dərinlikdə çəkilmiş bu şəkillərdə balıq tamailə hərəkətsizdir.

Şərh yaz


Məxfi kod
Yenilə