Cümə, 09 Mart 2018 23:32

Körpələr anadan olduqda, 13 həftə ərzində göz yaşı axıtmırlar

Körpələr anadan olduqda, 13 həftə ərzində göz yaşı axıtmırlar

 İnsan gözü bir fotokamera kimi təsəvvür edilsəydi, 576 meqapiksel olacaqdı.

 

- Yapon balığının göz qapaqları olmadığına görə, gözləri həmişə açıqdır.

 

- Həcminə görə dəvəquşunun gözləri, beynindən daha böyükdür.

 

- Qadınlar, kişilərə nisbətən 1000-dən çox rəngi bir-birindən daha yaxşı ayıra bilirlər.

 

- İnsanın gözlərinin rəngi günəş işığının süalarının təsirindən rəngini rahatlıqla dəyişə bilər. Məsələn, yaşıl rəngli göz bəbəkləri olan insan, günəşdə

boz rəngli göz bəbəklərinə çevrilmiş gözlərə sahib ola bilər.

 

- Körpələr anadan olduqda, 13 həftə ərzində göz yaşı axıtmırlar, çünki göz yaşı vəziləri 13 həftədən sonra inkişaf edir.

 

- Bir insanın gözlərinin rəngləri fərqli ola bilər. Bu hal, tibb dünyasında "Heterokrom" olaraq adlandırılmaqdadır.

 

- Arıların cəmi 5 gözü var. Bunların üçü başının üstündə olur və çox kiçik olur. İki ədədi isə, nisbətən böyük ölçülü olur.

 

- Orta hesabla bir göz, 2.25 sm uzunluğunda və 7 qram ağırlığında olur.

 

- Katarakt xəstəliyi, saçın ağarmasına oxşayır. Yəni, necə ki, insan qocalan vaxtı saçları ağarır, gözündə də, katarakt yaranmış olur.

 

- İnsan danışanda, sakit vəziyyətinə nisbətən 6 dəfə daha çox gözünü qırpır.

 

- Əgər Yer kürəsi düz bir müstəvi olsaydı, onda gözümüz 50 km uzaqlıqdakı bir kiçik əşyanı belə, rahatlıqla görə bilərdi.

 

- Sağlam gözə malik bir insan, 10 mindən çox rəngi rahatlıqla seçə bilər.

 

- Gözlərimiz, bildiyimiz məlumatların 91%-ni öyrənməkdə birbaşa iştirak edir.

 

- İnsan gözünə ən yaxın toxumalı göz, Korney adlı köpəkbalığındadır. Həkimlər belə hesab edirlər ki, gələcəkdə insan gözünün nəqli zamanı, bu

balığın gözündən istifadə etmək mümkün olacaq. Çünki bütün toxumaları insan gözü ilə eynidir.

 

- 43-50 yaş arasından başlayaraq, əksər insanlar eynək taxırlar.

 

Şərh yaz


Məxfi kod
Yenilə