Cümə, 09 Mart 2018 23:22

Dünyanın ən dayanıqlı canlısı

Dünyanın ən dayanıqlı canlısı

Tardiqrad ya da daha məşhur olan adı olan su ayısı, səkkiz ayaqlı mikroskopik bir canlıdır, ancaq bəlkə də dünyanın ən dayanıqlı canlı növləri arasında var.

Son olaraq Yaponiyada yeni cinsləri kəşf edilən su ayıları yalnız 300 ilə 700 mikrometr boyundadır. Bədəni tırtıla bənzəyən amma səkkiz ayağı olan su ayılarının O hərfi şəklində ağızları var. Ümumiyyətlə suda ya da yosunların üzərində yaşayan su ayılarının təməl qida qaynağı isə özlərindən də kiçik olan və rotifer olaraq adlandırılan mikro orqanizmlədir.

 

KOSMOSDA YAŞAYA BİLƏRLƏR

Alimlər hesab edirlər ki, su ayıları təxminən 520 milyon ilə 100 milyon ildir yaşayırlar. Həmçinin bildirilir ki, 150 dərəcə istiliyə və -300 dərəcə soyuğa dözə bilən su ayıları kosmosda da yaşaya bilər.

 

DİNOZAVRLARDAN ƏVVƏL VAR İDİLƏR

Almaniyanın Ştuttqart Universitetinin mikrobioloqu Ralf Şill deyir ki, su ayıları dinozavrların ortaya çıxışına və yox oluşuna şahidlik etmiş bir canlı növüdür.

 

SUSUZ QALSALAR BELƏ YAŞAYA BİLİRLƏR

2007-ci ildə Avropa kosmos araşdırmaları agentliyi, bir silsilə mikro canlını aşağı təbəqə orbitə göndərib tədqiq etmişdilər. Susuz qalsalar da günlərlə yaşamağa davam edən su ayıları atmosferin xaricində 12 gün boyunca həyatda qala bilmişdilər.

Şərh yaz


Məxfi kod
Yenilə