Cümə, 09 Mart 2018 23:17

Robotların insanları anlaması üçün sistem hazırlandı

Robotların insanları anlaması üçün sistem hazırlandı

MIT-dəki araşdırmaçılar, robotların, insanların tələblərini asanlıqla anlayıb yerinə yetirmələrinə köməkçi olacaq ComText adlı bir sistem hazırlandı.

Filmlərdə gördüklərimizin əksinə indiki vaxtda robotların edə biləcəyi şeylər hələ olduqca məhduddur. Robotlar nizamlı olaraq təkrarlayan vəzifələri yerinə yetirmək üçün möcüzə olsalar da, danışıb robotlardan bir şeyi etmələrini istədiyimiz zaman bizi anlamaqda çətinlik çəkə bilirlər. Məsələn robotlara "onları gətir" deyildiyində robot nə edəcəyini bilməyir çünki obyektləri görüb tanısa da qarşısındakı adamın nə istədiyini doğrudan anlamaqda çətinlik çəkir. MIT-in Kompüter Elmi və Süni Zəka Laboratoriyasındakı araşdırmaçılar isə robotların, insanları daha asan anlamasını təmin edən bir sistem hazırladı.

ComText adı verilən sistem ilə robotların, danışmaların məzmununu anlamasını hədəfləyən araşdırmaçılar, əslində insan beynində iştirak edən epizodik yaddaşın bir bənzərini robotlara tətbiq etdilər. Bu sayədə robotlar, obyektlərə aid mövqe, növ və sahib kimi detalları xatırlayaraq istifadəçinin istəyini yerinə yetirir. Məsələn, robota "buraxdığım qutu mənim yeməyimdir" desəniz daha sonra robotdan yemək gətirməsini istədiyinizdə robot sizə qutunuzu gətirə bilər.

 

90%-lik uğur

MIT-in Baxter adlı robot üzərində sınanılan ComText, robotun özündən istənilən şeyləri 90% nisbətində doğru anlamasını təmin etsə də, sistem hələ bu sahədə istifadə edilə biləcək qədər etibarlı deyil. Bununla birlikdə müvəffəqiyyətli bir təmələ sahib olduğunu söyləmək olar. Sistemin tam mənasıyla robotlar ilə insanlar arasında bir körpü vəzifəsi boynuna götürə bilməsi üçün hələ də həll edilməmiş bəzi problemlər mövcuddur.

 

Şərh yaz


Məxfi kod
Yenilə