Cümə, 09 Mart 2018 23:01

Rütubətlə hərəkət edən robot

Rütubətlə hərəkət edən robot

Olduqca kiçik ölçülərdə olan robotların gələcək illərdə başda sağlamlıq və silah texnologiyaları olmaqla yanaşı müxtəlif sahələrdə fəaliyyət göstərməsi gözlənilir. Təbii bu robotlarda fəaliyyət sahələri (məsələn insan bədənində ya da partlayıcı bir maddənin yanında olması halında) etibarilə batareya istifadəsi çox seçilmir, çünki batareyaların yanması ya da partlaması halında geri dönüşü mümkün olmayan zərərlər ortaya çıxa bilər. Araşdırmaçılar batareyasız uzaqdan idarə mexanizmləri üzərində diqqəti cəmləşdirərkən Cənubi Koreyadakı Seul Milli Universitetindən bir qrup isə, təbiətdən ilham alaraq robotlara nəzarət etmək üçün fərqli bir yol kəşf etdi.

 

Havadan aldıqları suyu alaraq formalarını ya da ölçülərini dəyişdirə bilən bitkiləri araşdıran araşdırmaçılar bənzər bir hərəkət mexanizmini kiçik robotların üstündə tətbiq etmək istədi. Rütubətə bağlı olaraq hərəkət edə bilən bitkilərdə bəzi hüceyrələrin rütubətlə təmas etdiyində reaksiya verdiyini, bəzilərinin isə rütubətdən təsirlənmədiyini müəyyən edən araşdırmaçılar, nanofiberlərdən edilmiş cüt təbəqəli bir material yaradaraq bu bitkiləri təqlid etdi.

 

Hazırlanmış təbəqələrdən biri rütubəti sovurur, digər təbəqə rütubətə qarşı hər hansı bir reaksiya göstərməyəcək şəkildə kiçik robot hazırlandı. Daha sonra robotun hərəkət qabiliyyətini sınamaq istəyən qrup robotu yaş bir səthə qoyduğunda robotun ağır addımlarla eynilə bir soxulcan kimi irəlilədiyini müşahidə etdi. Robot səthə yerləşdirildiyində rütubəti sovuran təbəqə rütubəti sovurduğu zaman şişir və robotun səthdən uzaqlaşmasını təmin edirdi.

 

Science Robotics jurnalında nümayiş olunan iş kiçik robotların məşhur bir şəkildə istifadə edilə bilməsi üçün ilham vericidir, ancaq kafi deyil. Elm insanları indi robotun daha geniş bir hərəkət aralığına sahib ola biləcəyi üzərində işləyir.

Şərh yaz


Məxfi kod
Yenilə