Bazar ertəsi, 12 Fevral 2018 19:06

Ana südü körpələrdə qəbizliyin yaranmasını əngəlləyir

Ana südü körpələrdə qəbizliyin yaranmasını əngəlləyir

Elm adamları yeni dünyaya gələn uşaqların 6 ay fasiləsiz olaraq ana südü ilə qidalanmalı olduğunu bildirirlər. Alimlər bunun gələcəkdə yarana biləcək xəstəliklərə qarşı immun sistemin güclənməsindən tutmuş, körpənin zehni inkişafına qədər ciddi proseslərə səbəb olacağını güman edirlər. Heç bir qidanın ana südünün əvəzləyici olmadığını bildirən alimlər son araşdırmalarında ana südünün həm də qəbizliyin qarşısının alınmasında rolu olduğunu ortaya çıxardıblar. Belə ki, onlar südlə qidalanan körpələrin digərləri ilə müqayisədə daha az qəbiz olduğunu müşahidə ediblər. Bundan əlavə, mütəxəssislər anaların bir yaşına qədər körpələrinə ana südündən başqa inək südünü də verməsini çox da yaxşı qarşılamırlar. Onların qənaətinə görə, inək südü bir yaşına qədər uşaqlara verildikdə onlarda qansızlıq kimi xəstəliyin yarana bilər. Bundan əlavə, mütəxəssislər körpələrin özbaşına digər qidalara tez keçməyini qadağan edirlər. Ancaq həkimin məsləhəti ilə digər qidalara keçidi uğurlu yol sayırlar. Bundan əlavə, ana südü ilə qidalanmayan körpələrin digər qidalarla qidalanan zaman qəbizlik probleminin daha çox olacağını da bildirirlər. Alimlər əgər uşaqlarda çox tez-tez qəbizlik halı yaşanırsa, onlara bir çay qaşığı saf zeytun yağı verməyi məsləhət görürlər. Lakin zeytun yağını acqarına verməyin də faydası var. Çünki qida ilə verildikdə qəbizlik üçün heç bir faydası olmur. Çünki qəbizliyi yaradan səbəb qidadır. Əgər qida ilə birgə verilsə, qəbizlik yaranandan sonra zeytun yağı ona kömək edə bilməyəcəkdir. Qəbizliliyin ən əsas səbəbini isə alimlər ana südündən məhrum uşaqların digər qidalarla qidalanması kimi xarakterizə edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə