Bazar ertəsi, 12 Fevral 2018 19:00

Şəkər niyə zərərlidir?

Şəkər niyə zərərlidir?

 

 Şəkər və şəkərli qidaları hamı sevir.

 

Şəkər bizim üçün haradasa imtina edilməz bir qidadır. Təbii olaraq meyvə və tərəvəzlərdə olan şəkərə ehtiyacımız var. Bunun xaricində də şokolad, şirin məhsullarında olan şəkər istehlakı sayəsində sevinirik, ancaq hər şeyin çoxunun zərər olması kimi, ağ dostumuz da eyni xüsusiyyətə sahibdir, xüsusilə təbii toz şəkərin çox istehlak edilməsi bədənimizdə bilməyəcəyimiz təxribatlara səbəb olur.

 

ŞƏKƏRİN ZƏRƏRLƏRİ

 

Şəkər istehlakının həddindən artıq olması, fiziki olmaqla yanaşı maddələr mübadiləsinə də zərər verir. Hal-hazırda təəssüf ki, gün ərzində şəkəri çox istehlak edirik. İnsanlar ümumiyyətlə yalnız şəkərdən əlavə 500 kalori götürür. Miqdarın az görünməsinə baxmayaraq verdiyi zərərlər böyükdür:

 

- Şəkərin çox istehlakı ürəyi yorur. Normadan artıq şəkər istehlakı ürək xəstəliklərinə tutulma riskini artırır. Əldə edilən məlumatlara görə şəkər ürəyin nasosla vurma mexanizminə təsir etməkdə və infarkt riskini artırır.

 

- Şəkər qarın və bel ətrafı piyləri artırır. Günümüzün ən əhəmiyyətli sağlamlıq problemlərindən biri piylənmədir. Uşaqlardakı piylənmə bədənin müəyyən yerlərindəki yağ təcrübəsinin nəticəsidir.

 

- Şəkər immuniteti zəiflədir. Araşdırmalara görə şəkərin normadan çox qəbulu, immuniteti bakteriyalara, viruslara, parazitlərə və müxtəlif mikroorqanizmlərə qarşı mübarizə qabiliyyətini əhəmiyyətli ölçüdə zəifliyə uğradır.

 

- Şəkər və spirt bədəndə qaraciyərə qarşı eyni toksik təsir göstərir. Araşdırmalara görə qaraciyərə vurulan ziyan həddindən artıq kalori ya da çəki artımı olmadan da ortaya çıxır.

 

- Şəkər xroniki xəstəliklərin qabaqcılıdır. Çox miqdarda və davamlı şəkər istehlakı qandakı insulin miqdarını artırır. İnsulin pankreas tərəfindən qan şəkərini artırmaq üçün ifraz olunan bir hormondur. Şəkər nə qədər çox istehlak edilsə, pankreas o qədər insulin ifraz edir.

Şərh yaz


Məxfi kod
Yenilə