Bazar ertəsi, 12 Fevral 2018 18:58

Kök uşaqların 6 narahatlığı

Kök uşaqların 6 narahatlığı

Obezit xəstəliyi yalnız artıq çəki deyil, bədəndə piy toxumasının həddindən artıq olmasıdır. Bu mənada yetkinlərdəki obezit ilə uşaqlardakı obezit əslində bir-birindən fərqlidir. Yetkinlərdə çəki artımı baş verdikcə piy hüceyrələri genişlənməkdə və çəki azalanda daralmaqdadır. Uşaqlarda isə çəki artdıqca piy hüceyrələrinin sayı da artmaqdadır və ömür boyu bu hüceyrələr bədəndə qorunur. Bu səbəblə köklük, uşaqlıq çağından etibarən diqqətlə izlənilməsi və qarşısının alınması lazım olan sağlamlıq problemidir.

Uşaqlarda obezitin səbəb olduğu narahatlıqlar bunlardır:

1. Metabolik problemlər: Qan şəkərinin yüksəlib insulin müqavimətinin artması nəticəsində, əvvəllər yalnız yetkinlərdə görülən 2-ci dərəcəli şəkər xəstəliyinin meydana gəlməsi deməkdir.

2. Kardioloji problemlər: Qan yağlarının yüksəlməsiylə birlikdə yüksək təzyiq, ürək böyüməsi, ürək damarlarında pozulma və buna bağlı ürək xəstəliklərində artım görülməkdədir.

3. Ortopedik problemlər: Geç yerimə, yerimə çətinlikləri, oynaqlarda zədələnmə, onurğa problemləri kimi bir çox narahatlıqlar ortaya çıxır.

4. İmmun sistemi problemləri: İnfeksiya xəstəlikləri və bəzi xərçəng növləri meydana gəlir.

5. Həzm sistemi problemləri: xora, qaraciyəri piylənməsi, öd daşının meydana gəlməsi artır.

6. Psixoloji problemlər: Özünə inam çatışmazlığı və depressiya kimi problemlərlə qarşılaşmaq mümkündür.

 

Şərh yaz


Məxfi kod
Yenilə