Bazar ertəsi, 12 Fevral 2018 18:47

Xroniki yorğunluq sindromu nədir

Xroniki yorğunluq sindromu, 6 aydan uzun müddət, boğaz, əzələ və oynaq ağrısı, ürək bulanması və müvazinətdə pozğunluq kimi əlamətlərlə özünü göstərən, davamlı və təkrar büruzə verən xəstəlikdir. Xəstəliyin əmələ gəlmə səbəbi məlum deyil və tibb dünyasında bu xəstəliyin üzvi, yoxsa psixiatrik bir səbəbdən yarandığı mübahisə mövzusudur.

 

Həkimlər, xroniki yorğunluq sindromunun 30-50 yaş arasında olan insanlarda müşahidə olunduğunu bildirir. Eyni zamanda xəstəliyin xüsusilə qadınlarda daha çox müşahidə olunduğuna işarə edilir.

 

Xroniki yorğunluq sindromu, fiziki və emosional əlamətlərə malik olan bir xəstəlikdir. Ən az 6 ay müddətində davamlı və təkrar olunan yorğunluq hallarına əlavə olaraq aşağıda yer alan əlamətlər də müşayiət edilirsə, xroniki yorğunluq sindromu xəstəliyinin o insanda olması ehtimal edilir.

Xroniki yorğunluq sindromunun əlamətləri:

 

Müvazinətdə pozğunluq və unutqanlıq;

 

Əzələ ağrısı;

 

Boğaz ağrısı;

 

Oynaq ağrısı;

 

Yuxu pozuntuları;

 

Ürək bulanması;

 

Enerji itkisi;

 

Narahatlıq və neqativ mövqelər;

 

Depressiv ruhiyyə.

 

Şərh yaz


Məxfi kod
Yenilə