Bazar ertəsi, 12 Fevral 2018 17:46

Alimlər Zika virusunu klonlamağı bacardı

Alimlər Zika virusunu klonlamağı bacardı

Alimlər Zika virusuna peyvənd hazırlamaq üçün laboratoriya şəraitində onu klonlaşdırmağı bacarıb.

 

Sell Hostube jurnalında dərc olunan araşdırmaya görə, Texas Universiteti tədqiqatçılarının uğurla siçanlar üzərində test etdikləri virus, əsli kimi ağcaqanadlara yoluxaraq siçanlara xəstəlik yoluxdurub.

 

Tədqiqatçılar təcrübə mərhələsindəki fəaliyyətləri nəticəsində təsirli bir peyvənd hazırlaya biləcəklərini hesab edirlər.

 

Virusun etibarlı bir növü ilə bədənə xəstəlik yoluxdurmadan müdafiə mexanizmini qurmağı hədəfə alan mütəxəssislər, klonlanan virusun bu məqsədə uyğun ola biləcəyini ifadə ediblər.

 

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu hazırlanan peyvəndin insanlar üzərindəki ilk klinik testini sentyabr ayında etməyi planlaşdırır.

 

Şərh yaz


Məxfi kod
Yenilə