Bazar ertəsi, 12 Fevral 2018 17:44

Daban ağrısı hansı xəstəlikdən xəbər verir?

Daban ağrısı hansı xəstəlikdən xəbər verir?

Çox kök olmayan və ağır fiziki işlərdə işləməyən adamlarda görülən və xüsusilə istirahətdən sonra ortaya çıxan daban ağrısı, "ankilozan spondilit" xəstəliyinin mühüm və spesifik əlamətlərindəndir.

 

Zaman keçdikcə sümük toxumasında böyüməyə səbəb olan ankilozan spondilitin, vaxtında müayinə və müalicə edilmədiyi təqdirdə daimi sümük və oynaq zədələrinə səbəb olduğu bildirilir.

 

Cəmiyyətdə ankilozan spondilitin müalicəsi olmayan bir xəstəlik olduğu istiqamətində səhv bir təəssürat var. İnsanların bu xəstəlik məsələsində məlumatlanması çox əhəmiyyətlidir. Xəstəlik başlanan vaxt və ya əsnasında, xüsusilə səhərlər və ya istirahətdən sonra daban ağrısı ortaya çıxa bilər.

 

Daban ağrısı, xəstəliyin dabanın yapışma bölgələrinə təsir etməsi nəticəsində yaranır. Ankilozan spondilitte görülən daban ağrısının səbəbi, adətən, ayaq dibindəki əzələlərin və ayağın arxa qrup əzələlərinin daban sümüyünə bağlandığı yerdəki revmatik tutulmadır.

 

Şərh yaz


Məxfi kod
Yenilə