Bazar ertəsi, 12 Fevral 2018 17:35

İnternetin sürətini necə ölçməli?

İnternetin sürətini necə ölçməli?

 

 İnternet qoşulmanın sürətini ölçmək üçün serverdən kompyuterə müəyyən informasiya həcminin ötürülmə vaxtını müəyyən etmək lazımdır.

İnternet sürətinin test edilməsi yüklənən informasiya paketinin orta sürətini fiksə etməyə imkan verir. Bu, o deməkdir ki, sürətin ölçülməsi maksimal sürəti göstərmir, hal hazırda mövcud olan sürəti göstərir.

Bununla belə, nə qədər çox məlumat paketləri istifadə olunarsa, bir o qədər nəticələr dəqiq olar.

Əgər göstərilən sürət gözlədiyimiz sürətlə uyğun gəlmirsə, bir qədər gözləyin və birazdan yenidən sürəti test edin. Ehtimal ki, bu provayderin kanalı həddən artıq yüklənib. Ən dəqiq məlumatları əldə etmək üçün gün ərzində ölçülən sürətlərin orta dəyərini hesablayın.

İnternetin sürətini aşağıdakı ünvanlardan həyata keçirmək olar:

1) www.speed.yoip.ru
2) www.2ip.ru
3) www.softholm.com
4) www.spchat.ru
5) www.testinternet.ru
6) www.and-rey.ru
7) www.speedtest.net

Real sürət barədə ən dəqiq nəticəni əldə etmək üçün başqa bir məsləhət budur ki, yekun nəticəyə təsir edə bildiyinə görə, "emule", "reget", "flashget", "bittorrent" kimi yükləmə proqramlarını, internet tv və radionu bir müddətlik söndürmək lazımdır.

Şərh yaz


Məxfi kod
Yenilə