Bazar ertəsi, 12 Fevral 2018 11:18

Intel dünyanın ən güclü prosessorunu hazırladı

Intel dünyanın ən güclü prosessorunu hazırladı

Islamazeri.com xəbər verir ki, Intel korporasiyası prosessorlarının yeni "Xeon D-2100" adlı silsiləsini təqdim edib. Həmin silsiləyə 14 model daxildir. Qeyd edilir ki, həmin sıradan olan çiplər məlumatları rəqib modellərdən 8% daha tez emal edir.

Prosessorlar silsiləsində baş model 18 nüvəlidir ki, onların da tezliyi 1600-dan 2200 Mhz-dək yüksəlir.

Bununla yanaşı, yeni silsilədəki ən ucuz prosessor alıcıya 502, ən bahalı prosessor (Xeon D-2191) isə 2407 ABŞ dollarına başa gələcək.

Şərh yaz


Məxfi kod
Yenilə