Şənbə, 10 Fevral 2018 13:59

Qan təzyiqi haqda lazımlı məlumatlar

Qan təzyiqi haqda lazımlı məlumatlar

 İncan vücudunda qan təzyiqini tənzimləyən bir çox mexanizm var. Ürəyin döyünmə gücündən tutmuş, damarların elastikliyinə qədər bir çox amillər səbəb ola bilər. Amma mütəxəssislər bu qənaətə gəliblər ki, qan təzyiqi xəstəliyinin əksəriyyəti genetikdir.


Qan təzyiqini dəqiq ölçmək üçün bunlara diqqət edin:

1. Təzyiqi ölçməmişdən öncə 6-8 saat normal yatmış olmalısınız. 
2. Yuxudan durduqdan sonra kresloda və ya stulda oturmalısınız.
3. Həmin vəziyyətdə təxminən 5 dəqiqə oturmalı və gözləməlisiniz.
4. Təzyiq ölçülərkən hərəkət etməməli, danışmamalı və tez-tez nəfəs alıb verməməlisiniz.

Əgər bunları etsəniz, qan təzyiqinizə ən yaxın nəticəni əldə etmiş olarsınız.


Qan təzyiqini azaltmaq üçün:
- sarımsaq
- zeytun yarpağı
- çuğundur
- nar şirəsi


Qan təzyiqini artırmaq üçün:
- ayran (duz əlavə edin).
- digər duzlu qidalar.


Qan təzyiqi aşağı olanlar daha çox yaşayır
Qan təzyiqi yuxarı olan insanlarda damarlara olan təzyiq çox olduğundan, müxtəlif narahatlıqlar yaranır ki, bu da insanın sağlamlığına və gələcək həyatına öz mənfi təsirini göstərir. Bu baxımdan qan təzyiqi aşağı olanlar, əksinə daha uzunmüddətli yaşayır.

Şərh yaz


Məxfi kod
Yenilə