Şənbə, 10 Fevral 2018 13:47

Üzüm və soya qan təzyiqi üçün faydalıdır

Üzüm və soya qan təzyiqi üçün faydalıdır

 

Bir çox ürək infaktlarının səbəbi yüksək qan təzyiqidir. Çox təəsüf ki, il ərzində təxminən 8 milyon nəfər yüksək qan təzyiqinə görə dünyalarını dəyişirlər. Ona görə də mütəxəssislər yüksək qan təzyiqi ilə mübarizə etmək üçün yeni yollar axtarırlar.

Xüsusilə də son tədqiqatlar göstərmişdir ki, üzüm və soya qan təzyiqini aşağı salmaq üçün faydalıdır.

Tədqiqatçılar üzüm və soyanı qan təzyiqi ilə mübarizə etməyin ən təsirli vasitələri kimi tanıtmışdılar. Aparılan tədqiqatlardan birinin ilk mərhələsində 46 kişi və qadın bu təcrübədən keçmək üçün könüllü olmuşdular. Bu insanlar iki qrupa bölündülər. Birinci qrupda olanlar hər gün üç dəfə üzüm yeyirdilər.

İkinci qrup isə biskvit yeyirdilər və heç bir meyvə və tərəvəz yemirdilər. Tədqiqatçılar müşahidə etdilər ki, birinci qrupda olanlar dördüncü, səkkizinci və on ikinci həftədə azalma hiss etdilər. Bu tədqiqatın rəhbəri Doktor Haruld Biz bu fikirdədir ki, əgər sizə üzüm və ya biskvit təqdim etsələr, üzümü seçin. Çünki o, qan təzyiqini aşağı salır.

Ancaq tədqiqatçılar üzümə görə qan təzyiqinin düşməsinin səbəbini dəqiq müəyyən edə bilmirlər Onlar ehtimal verirlər ki, bu, üzümün tərkibində olan anti-oksidantlara görə ola bilər. Onun tərkibində olan potassium qan təzyiqini aşağı sala bilər.

Başqa bir tədqiqat göstərir ki, bir stəkan soya südü də təzyiqi normaya salır. Bu tədqiqatda 5115 nəfər iştirak etmişdi. Onların yaş həddi 18-30 arasında idi. Bu insanlar hər gün 2,5 milliqram soya yeyirdilər. O biri qrup isə gün ərzində 0,33 milliqram soya yeyirdilər. Bu tədqiqat zamanı mütəxəssislər gördülər ki, birinci qrupun qan təzyiqi ikinci qrupun qan təzyiqindən daha aşağıdır.

Mütəxəssislərin fikrinə görə bir stəkan soya südü yüksək qan təzyiqini normaya salmaq üçün kifayətdir.

Beləliklə deyə bilərik ki, üzüm və soya qan təzyiqi üçün çox faydalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə