Şənbə, 10 Fevral 2018 00:17

Ölü dəridən xilas olmağın 3 təbii yolu

Ölü dəridən xilas olmağın 3 təbii yolu

 


Portağal qabığı antioksidant və təbii yağlarla zəngindir. Bunların hər ikisi də ölü dərilərdən təmizlənməyə köməkçi olur və dərinin pH səviyyəsini balanslaşdırır. Eyni zamanda, dəri qüsurlarının meydana gəlməsinə də mane olar.
Nizamlı olaraq istifadə edildiyində tıxanmış məsamələri təmizləyir. Bunun yanında, sızanaq və qara nöqtə görünüşünü azaldır.


Ləvazimatlar


1 yemək qaşığı rəndələnilmiş portağal qabığı
1 yemək qaşığı təbii zeytunyağı


Hazırlanması


Bir yemək qaşığı qədər portağal qabığı rəndələyin. Sonra zeytunyağı ilə qarışdırın.
Sonra, üzünüzü təmizləyin və bu qarışığı üzünüzə tətbiq edin. Ölü dəri hüceyrələrindən xilas olmaq üçün dairəvi hərəkətlərlə masaj etdiyinizdən əmin olun.
10 dəqiqə gözləyin, sonra üzünüzü yuyun. Bunu həftədə 2 dəfə təkrarlayın.


2. Kokos yağı və dəniz duzu müalicəsi


Kokos yağı və dəniz duzunu qarışdırmaq, ölü dəridən xilas olmaq üçün idealdır. Dəriyə hopandan sonra, detoks təsiri yaradır.
Bunlar, tər vəzlərində təbii istehsalı dəyişdirməyən yağ turşularıdır. Bunun yerinə quruluqla mübarizəyə köməkçi olur.
Fərqli olaraq, dəniz duzu dərinizə lazımlı mineralları verir. Bundan əlavə ölü dərini təmizləyir.


Ləvazimatlar


1 yemək qaşığı təbii kokos yağı
1 çay qaşığı dəniz duzu


Hazırlanması


Ləvazimatların ikisini də bir qaba qoyun və qalın bir məcun əldə edənə qədər qarışdırın.
Bunu ölü dəridən xilas olmaq istədiyiniz bölgəyə sürtün və 15 dəqiqə gözləyin.
Daha sonra üzünüzü yuyun. Bunu, həftədə bir dəfə tətbiq edin.


3. Üzüm və bal müalicəsi


Üzümlərdə tartar turşu olaraq bilinən bir maddə vard. Bu, ölü dərini atmanın yanında, sərbəst radikalların səbəb olduğu ziyanla döyüşməyə köməkçi olur.


Ləvazimatlar


6 ədəd yetkinləşmiş üzüm
3 yemək qaşığı bal


Hazırlanması


Bir çəngəlin köməyi ilə üzümləri əzin. Sonra onları balla qarışdırın.
Ehtiyacınız olan miqdarda qarışığı alın və üzünüzə və boynunuza sürtün.
Ölü dərilərdən təmizlənməyə köməkçi olmaq üçün dairəvi hərəkətlər istifadə edin. Qarışığı 5 dəqiqə saxlayın.
Daha sonra su ilə yuyun. Bu müalicəni həftədə iki dəfə təkrarlayın.

 

Şərh yaz


Məxfi kod
Yenilə