Şənbə, 10 Fevral 2018 00:15

Ayaq burxulmasına qarşı çarə

Ayaq burxulmasına qarşı çarə

 

Soğan üsulu: 1 ədəd quru soğanı parçalayaraq, 2 stəkan zeytun yağının içinə qoyun. Soğanı yumuşayanacan bişirin. Təmiz bir bezin üzərinə qoyduğunuz qarışığı burxulan yerə sarıyın. Soğan tətbiqi sağalma prosesini sürətləndirməyə köməkçi olur.


Cəfəri üsulu: cəfəri əzilərək püre halına gətirilir. Soyuducuda bir müddət saxlanılır.

Sonra soyuq kompres kimi burxulan sahəyə tətbiq olunur. Ağrı ilə yanaşı mümkün iltihabın azalmasına da kömək edir.


Sabun üsulu: istifadə olunmamış yarım qəlib sabunu 1 stəkan spirtlə qarışdırın. Məlhəm halına gələndə bir bezə qoyaraq, burxulan ayağınızı bürüyün.


Zeytun yağı üsulu: unu və zeytun yağını yoğuraraq məlhəm halına gətirirsiniz və burxulan bölgəni hazırladığınız məlhəm ilə yavaş-yavaş masaj edirsiniz. Bu üsul ağrılarınızı qısa müddətdə keçməsinə köməkçi olacaq.


Zeytun üsulu: zeytun ilə də ayaq burxulmanızı müalicə edə bilərsiniz. Zeytun, duz, soğan və sarımsağı əzin, burxulan sahəyə bürün.

Şərh yaz


Məxfi kod
Yenilə